Haqqımızda

Menyu

Azərbaycan xalqının həyat tərzində humanizm və qonaqpərvərlik ənənələri əsrlərdən bəri dərin köklərə malikdir.  Məhz bu zəngin dəyərlərdən ilham alan “Bizim Mətbəx” sosial layihəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2024-cü ildən etibarən həyata keçirilir.

Layihənin əsas məqsədi aztəminatlı ailələrə və ehtiyacı olan şəxslərə isti yeməklər təqdim edərək onlara sevgi və qayğı ilə dolu bir mühit bəxş etmək və cəmiyyətimizdə həmrəylik ruhunu daha da gücləndirməkdir.

Könüllü komandamız yeməklərin hazırlanması və paylanması prosesində fəal iştirak etməklə yanaşı, həssas qruplardan olan insanlara sevgi və diqqət bəxş edir və beləliklə həmrəylik, paylaşma dəyərlərinin yaşadılmasında mühüm rol oynayır.

Fəaliyyətə başladığı gündən etibarən “Bizim Mətbəx” könüllüləri, Bakı və ətraf bölgələrdə yaşayan yüz minlərlə insana isti yeməklər təqdim edərək onların gündəlik həyatına isti münasibət və ümid bəxş etməyə nail olmuşdur.