🥘 Menyu
Ümumdünya Səhiyyə Təşkilatı (WHO) və Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən müəyyən edilmiş tövsiyələrə əsasən, yetkin bir insanın gündəlik enerji ehtiyacı orta hesabla 2100–2500 kilokalori təşkil edir. Bu göstəricilər yaş, cins, bədən çəkisi və fiziki aktivlik səviyyəsinə görə dəyişə bilər.
“Bizim Mətbəx” sosial layihəsi bu beynəlxalq standartlara əsaslanaraq, təqdim etdiyi yeməklərin keyfiyyətli olmasına xüsusi diqqət yetirir. Günlük menyuya daxil olan:
- Təzə salatlar və tərəvəz əlavələri
- Şorba növləri
- Ət yeməkləri
- Qarnirlər
- Sərinləşdirici içkilər
birlikdə təqdim olunaraq, gündəlik kalori və qida maddələri ehtiyacını tam qarşılamağı təmin edir. Bu yanaşma, ehtiyacı olan insanların ümumi sağlamlıq və rifahını da nəzərə alaraq hazırlanır.
Hər gün sevgi və diqqətlə hazırlanan bu menyular, layihənin əsas dəyərləri olan qayğı və həmrəylik ruhuna uyğun olaraq aztəminatlı insanlara təqdim olunur.